ABŞ Rusiyaya qarşı sanksiyalara nəzarət prosesinə biganə yanaşmağa başlayıb

1 month ago 11

ABŞ Rusiyaya qarşı sanksiya rejiminə əməl olunmasına nəzarət edən və məhdudiyyətlərdən yan keçmə cəhdləri ilə mübarizə aparan qruplarda müttəfiqlərlə birgə işdə iştirakını azaldıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi avropalı məmurlara istinadla məlumat paylaşıb.

Onların sözlərinə görə, ABŞ nümayəndələri G7 ölkələrinin Rusiya neftilə bağlı təyin etdikləri qiymət tavanına əməl olunmasına, silah istehsalı üçün istifadə edilə biləcək detalların və avadanlığın tədarüklərinə nəzarət edən qruplardakı işdən də demək olar çəkiliblər.

Read Entire Article