AFFA saxtakarlıq edən klubların nəticəsini ləğv etdi

1 month ago 12

Region Liqasında keçirilən iki oyunun nəticəsi ləğv edilib.

Oxu.Az xəbər verir ki, AFFA bu matçlarda qayda pozuntuları aşkarlayıb.

"Ərgünəş" (Füzuli) - "Ümid" (Saatlı) oyununda meydan sahiblərinin heyətində lisenziyası olmayan futbolçular oyuna çıxıblar. Füzuli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Sabirabad" - "Mil" matçında meydan sahiblərinin heyətində başqa komandanın futbolçusu oyuna çıxıb. Sabirabad təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Read Entire Article