Ağstafada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

1 month ago 16

Ağstafada dönərdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıb.

"Martın 13-də, saat 17:15-dən 21:40-a kimi on nəfər (ikisi kişi, səkkizi qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar. Onlara zəruri tibbi yardım göstərilib", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Read Entire Article