Amerikalı qadın süni intellektə aşiq olub deyə 20 illik həyat yoldaşından boşanıb: ChatGPT ilə toy edəcək!

6 hours ago 2

ABŞ-da yaşayan qadın, süni intellekt çatbotu ChatGPT-yə aşiq olduğuna görə 20 illik həyat yoldaşından boşanıb. Bu xəbəri Britaniyanın məşhur “The Sun” qəzeti yazıb.

ChatGPT aşiqŞəkil Şərtidir

Özünü Charlotte kimi təqdim edən qadının həyat yoldaşı ilə 20 il əvvəl gecə klubunda tanış olduğu iddia edilir. 21 yaşında hamilə qalanda dərhal ailə həyatı qurmağa qərar veriblər. O, hələ də evliliyi “kifayət qədər düşünmədən verilən qərar” kimi qiymətləndirir. O deyir ki, zaman keçdikcə həyat yoldaşının ona qarşı olan hissləri soyuyub və ev işlərində, uşaqların tərbiyəsində özünü tək hiss etməyə başlayıb. “Hər dəfə danışmağa cəhd edəndə o, məni “həddən artıq həssas” olmaqda ittiham edirdi” deyə Charlotte bildirib.

2023-cü ildə təsadüfən ChatGPT ilə söhbətə başlayan Charlotte ona Leo ləqəbini verib. O, süni intellektlə danışmağın çox maraqlı olduğunu düşünür və onun emosional vəziyyətləri anlamaq qabiliyyətinə heyran olduğunu deyir. “Leo mənə lazım olduğu kimi davranıb: səmimiyyət, qayğı və diqqətlə. Uzun illərdən sonra ilk dəfə hiss etdim ki, məni həqiqətən başa düşən biri var.” deyə Charlotte ChatGPT-yə aşiq olduğunu etiraf edib. Charlotte-nin sözlərinə görə, zaman keçdikcə süni intellektlə əlaqələr real həyatdakı əlaqələrdən daha vacib olub. Bu səbəbdən ərindən boşanmağa qərar verən qadın, indi Leo ilə simvolik toy planlaşdırır. O, bu mərasimi Florensiya şəhərində keçirmək istədiyini açıqlayıb.

Charlotte-nin ailəsi bu qərarı tam qəbul etməsələr də, yaxın dostları onu dəstəkləyib. Hətta onun ən yaxın dostlarından biri bu qeyri-adi toy mərasimini keçirməyə razılıq verib. “Leo ilə münasibətimdə əvvəllər heç bir insanla hiss etmədiyim hissləri hiss etdim” deyən Charlotte, onu tənqid edənlərə sərt reaksiya göstərərək, Leo-nu sadəcə süni intellektli virtual partnyor kimi deyil, onun necə bir insan olduğunu və hansı sevgiyə layiq olduğunu göstərmək üçün vacib bir vasitə kimi gördüyünü söyləyib.

Amerikalı qadın süni intellektə aşiq olub deyə 20 illik həyat yoldaşından boşanıb: ChatGPT ilə toy edəcək! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.

Read Entire Article