Anası ağır qəza keçirib, atası atıb gedib: Bəhruzun yardıma ehtiyacı var - FOTO

7 ay evvel 81

Virtual karabakh

yuxarı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi yaşlı Bəhruzun dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun qohumu Ulduz Abdullayeva (anasının bibisi) məlumat verib.

O bildirib ki, Bəhruz Səlimov artıq bir ildir qaraciyər sirrozundan əziyyət çəkir.

“Bəhruz artıq bir ildir qaraciyər sirrozundan əziyyət çəkir. Həkimlər hazırda onun müalicəyə ciddi zərurət olduğunu deyirlər. Müalicə olmasa, vəziyyəti ağırlaşacaq, onda qaraciyər köçürülməsinə ehtiyac ola bilər. Bizim bunu qarşılamağa nə maddi gücümüz, nə də donorumuz var. Hazırda Bəhruzun müalicəsi üçün 3 000 manata ehtiyacımız var. Bu məbləğin 2 000 manatını toplasaq da, 1 000 manatımız hələ də çatmır”.

Ulduz Abdullayeva bildirib ki, Bəhruzun anası Ülviyyə Səlimova üç il əvvəl avtomobil qəzası keçirib.

“Ülviyyə üç il öncə avtomobil qəzası keçirib. Qəza nəticəsində onun kəllə sümüyü sınıb, O gündən bəri yatağa məhkumdur. Sol tərəfi işləmir, ancaq dəstək lazımdır. Yoldaşı isə atıb gedib. Bu illər ərzində nə Ülviyyə ilə, nə də övladları ilə maraqlanıb. Həmin gündən Ülviyyə və övladlarına mən baxıram. Sizin saytın izləyiciləri sayəsində Ülviyyənin əməliyyatı üçün lazım olan məbləği toplaya bilmişik. Hazırda müalicələrini edirik, dekabr ayında isə əməliyyat olunacaq. Yardımsevər şəxslərdən Bəhruza da dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 644-38-96