Ankara ilə İzmirdə aksiya və toplantıların keçirilməsinə qadağa qoyulub

1 month ago 13

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrəm İmamoğlunun saxlanılması ilə əlaqədar olaraq Ankara və İzmir şəhərlərində aksiyaların keçirilməsinə qadağa qoyulub.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə hər iki şəhərin valiliyi məlumat yayıb.

Belə ki, hər iki şəhərdə 21-25 mart tarixlərində istənilən toplantı, aksiya qadağan edilib.

Qeyd edək ki, bundan əvvəl İstanbulda 19-23 mart tarixlərində aksiya və toplantılara qadağa qoyulub.

Read Entire Article