Apple məhsullarında “qanlı mineral” istifadə etməkdə ittiham olunur!

3 hefte evvel 12

Konqo, Apple şirkətini məhsullarında qeyri-qanuni mədənçilik yolu ilə əldə edilən “qanlı mineral”-lardan istifadə etməkdə ittiham edib. Rəsmilərin sözlərinə görə, bu minerallar milislərin və terror qruplarının maliyyələşdirilməsinə kömək edir. Dünyanın ən böyük kobalt istehsalçısı və eyni zamanda mühüm xammal tədarükçüsü olan Konqo Demokratik Respublikasına görə, texnologiya nəhəngi insan hüquqlarının pozulduğu mədənlərdən əldə edilən minerallardan istifadə edir.

Apple qanlı mineral

Konqo Demokratik Respublikası tərəfindən təyin edilmiş hüquqşünaslar, mümkün hüquqi prosesdən əvvəl etdikləri rəsmi xəbərdarlıqda bildirib ki, “Bu minerallar qeyri-qanuni şəkildə çıxarıldıqdan sonra Ruandaya qaçaq yolla gətirilir və burada qlobal təchizat zəncirlərinə inteqrasiya olunur”. Rəsmi xəbərdarlıq Apple-ın Fransadakı iki törəmə müəssisəsinə və onun ABŞ-dakı ana şirkətinə göndərilib. KDR-nin iddialarına görə, Apple şirkətinin tədarük zəncirində istifadə edilən “qanlı mineral” adlandırılan bu minerallar silahlı qrupların nəzarətində olan bölgələrdən çıxarılır.

Apple qanlı mineral

Bu vəziyyət, milislərin və terror qruplarının maliyyələşdirilməsinə töhfə verməklə regionda münaqişələri və qeyri-sabitliyi artırır. özügedən mədənlərdə mülki şəxslərin və uşaqların zorakılıqla işləməyə məcbur edildiyi barədə də məlumatlar var. Hüquqşünaslar Apple məhsullarının “Konqo xalqının qanına bulaşdığını” və şirkətin bu mövzuda təcili addımlar atmalı olduğunu müdafiə edir. Həmçinin Konqo məsələ ilə bağlı müvafiq addımların atılması üçün şirkətə 3 həftə vaxt verib.

Apple məhsullarında “qanlı mineral” istifadə etməkdə ittiham olunur! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.