Avropa bu dəfə ucdan-uca şifrələmənin geniş yayılmasına qarşıdır!

3 hefte evvel 19

Avropa son dövrlərdə texnologiya şirkətlərinə qarşı tətbiq etdiyi qanunlarla gündəmdədir. Bu dəfə isə Avropa hakimiyyət orqanları hamımıza tanış olan ucdan-uca şifrələmənin geniş yayılmasına qarşıdır. Belə ki, artıq Avropadaı polis təşkilatları, ucdan-uca şifrələmə kimi E2EE texnologiyalarla məxfiliyin qorunması ilə polislərin cinayətləri araşdırma qabiliyyətinin aşağı düşdüyünü dilə gətirib. Еuropol məlumatına görə, bu texnologiya, texnoloji şirkətlərin və hüquq-mühafizə orqanlarının sosial media platformalarında baş verən qanun pozuntularını görməsini məhdudlaşdırır.

Avropa ucdan-uca şifrələmənin

2023-cü ilin dekabrından etibarən E2EE yəni ucdan-uca şifrələmənin Meta şirkətinin Messenger kimi proqramlarında tətbiq edilməsi məhz Birləşmiş Krallığın Milli Cinayət Agentliyində (NSA) tənqidə səbəb olmuşdu. Təşkilat bildirir ki, bu cür qərarlar uşaqların onlayn zorakılıqdan qorunmasını çətinləşdirir və cinayətlərin araşdırılmasına qarşı çıxır. NSA-nın baş meneceri Graham Viggar, şifrələmənin istehlakçıları müxtəlif cinayətlərdən effektiv şəkildə qoruya biləcəyini söylədi, lakin texnologiya nəhəngləri tərəfindən E2E-nin tələsik tətbiqi ictimai təhlükəsizliyə təhlükə yaratdığını vurğulayıb.

Еurороl direktoru Саthеrіnе dе Воll, texnoloji şirkətlərin hüquq-mühafizə qüvvələrinin işinə müdaxilə etmədən, təhlükəsiz mühit yaratmaq üçün məsuliyyət daşımalı olduqlarını bildirib. Hələlik Avropada bu şifrələmə üsuluna qarşı sərt tədbirlər atılmasa da, gələcəkdə bu problemin ortadan qaldırılması üçün yeni üsullar istifadə oluna bilər.

Avropa bu dəfə ucdan-uca şifrələmənin geniş yayılmasına qarşıdır! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.