Avropa Çin elektromobillərinə 55% vergi tətbiq edə bilər!

2 hefte evvel 14

Bildiyimiz kimi, Avropa hazırda ucuz və daha çox mənzilə sahib Çin elektromobilləri təhlükəsi ilə üz-üzədir. Belə ki, Avropa Birliyi Çin elektromobillərinin regionda liderlik etməsinə qarşı bəzi tədbirlər görməyə başlayıb. Hətta, yazın əvvəlində Avropa Komissiyası belə nəticəyə gəlib ki, Çin mənşəli elektrik avtomobilləri dövlət tərəfindən ədalətsiz şəkildə subsidiyalaşdırılıb və buna görə də Avropaya idxal edilərsə, regional istehsalçıları qorumaq üçün gömrük tarifləri artırılmalıdır. Ekspertlər hesab edir ki, istənilən effekti əldə etmək üçün gömrük rüsumlarını 10%-dən 55%-ə qədər artırmaq lazımdır. Beləliklə, Avropa Birliyi Çin elektromobillərinə 55% vergi tətbiq edə bilər.

Avropa Çin elektromobillərinə vergi

Avropa Birliyi rəsmiləri, Çin istehsalı elektrikli avtomobillərin regiona idxalına 15 və ya 30 faizə qədər artan tariflər tətbiq etmək imkanını nəzərdən keçirirlər. Yeni tariflər noyabr ayına qədər tam qüvvəyə minəcək. Çin tərəfi avropalı həmkarlarının bu cür planlarını pisləyib və Avropanın avtomobil sənayesini rəqabətsiz adlandırıb. CNBC-nin istinad etdiyi Rhodium Group analitiklərinin fikrincə, görülən bu tədbirlər Avropa avtomobil bazarını Çin elektromobillərinin aktiv genişlənməsindən effektiv şəkildə qorumaq üçün kifayət etməyəcək.

Tədqiqatın müəlliflərinə görə, Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD, Avropada 30% vergi tətbiq olunsa belə, yenə də avtomobillərinin qiymətləri yerli bazarda olan digər elektromobillərdən daha üstün olacaq mənfəət marjasına sahibdir. Rhodium Group ekspertləri Çin avtomobil istehsalçılarını bu cür imkanlardan məhrum etmək üçün gömrük tariflərinin 45%-ə və ya 55%-ə çatdırılmasını zəruri hesab edirlər. İlkin hesablamalara görə, Çin markalı elektrik avtomobilləri 2024-cü ildə Avropa bazarında 11% təşkil edir, 2027-ci ilə qədər isə tədarük şərtləri dəyişməsə, onların payı 20%-ə qədər artacaq.

Avropa Çin elektromobillərinə 55% vergi tətbiq edə bilər! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.