Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri Ermənistan-Azərbaycan şərti sərhədində növbəti monitorinqlərini həyata keçiriblər.
Oxu.Az bu barədə "Caliber"ə istinadən məlumat yayıb.
Belə ki, martın 10-da Aİ müşahidəçiləri Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib və durbin vasitəsi ilə Azərbaycan ərazilərinə baxıblar.
Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıblar.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı Monitorinq Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəddə monitorinqlər aparır.