Avstraliyada kazino proqram səhvinə görə milyonlarla dollar “paylayıb”!

3 hefte evvel 27

Avstraliyanın Sidney şəhərindəki bir kazino, bəsit proqram səhvinə görə milyonlarla dollar “paylayıb”. Beləliklə, kazino bir gecədə sadə bir proqram xətasına görə onlarla müştərisinə milyonlarla dollar pul verib. Maraqlısı budur ki, xəta sadəcə iki həftə sonra nəzərə çarpıb və düzəldilib. Bu vaxta qədər isə kazino artıq 2 milyon dollarlıq olub.

Avstraliyada kazino milyonlarla dollar

Avstraliya polisi indi, 2 milyon dollardan çox pul əldə edən onlarla “şanslı insanı” axtarmağa başlayıb. Qeyd edək ki, bu insanlar dələduzluqda və bir çox başqa cinayətlərdə ittiham edilir. Hadisə, ötən ilin ortasında Avstraliyadakı The Star adlı kazinonun müştərilərinin bir proqram səhvinə görə aparatdan böyük miqdarda pul əldə etmələri ilə baş verib. Hətta müştərilər arasında qumar aludəçiləri, nasaz aparatlardan tez qazanc əldə edə bildiklərini görən evsizlər belə olub. TICO adlana bu qumar aparatları əslində ATM kimi işləyir.

Avstraliyada kazino milyonlarla dollar

Oyunçular slot maşınından aldıqları qəbzdəki barkodu skan edərək qazandıqları pulu nağd pula çevirməlidirlər. Müştərilər eyni vaxtda nağd pula çevirmək üçün TICO maşınlarına iki qəbz təqdim edə bilər, lakin nasazlıq səbəbindən cihazlar bu qəbzlərdən birini təkrar istifadə edilməsi üçün qaytarırdı. Bununla belə, çirkli pulların yuyulmasının qarşısını almaq üçün aparatlar bir anda sadəcə 2000 dollara qədər nağd pul paylaya bilər. Morning News xəbərinə görə, nasazlıq sadəcə kazinoda həyata keçirilən araşdırmanın ardından ortaya çıxıb. Kazino problemi aşkar edəndə isə artıq 3,2 milyon Avstraliya dolları (təxminən 2,05 milyon ABŞ dolları) itirmişdi.

Ümumilikdə, ən azı 43 nəfərin bu proqram xətasından yararlanaraq əlavə pul qazandıqları güman edilir. Avstraliyada yerləşən kazino milyonlarla dollar itirməsinə səbəb olan bu problemi aşkar etdikdən sonra isə həmin şəxsləri polisə bildirib. Hətta şübhəlilərdən bir çoxu artıq dələduzluqla ittiham edilərək həbs olunub.

Avstraliyada kazino proqram səhvinə görə milyonlarla dollar “paylayıb”! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.