Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO

2 hefte evvel 9

Baş Prokurorluğun əməkdaşı, Abşeron Rayon Prokurorluğunun müavini, veteran karateçi, 5-ci dan qara kəmər sahibi Aslan Surxayev Azərbaycan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə nümayəndəliyinin birinci vitse-prezidenti təyin edilib.

Bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yeni təyinat münasibətilə Aslan Surxayevi təbrik edib, fudokan karatenin inkişafı ilə bağlı müvafiq tövsiyələrini verib və həmçinin Azərbaycan Karate Federasiyasının üzvlük vəsiqəsini təqdim edib.

Daha bir təyinat isə Vüsal Abdullazadə ilə bağlı olub. Belə ki, V.Abdullazadə Azərbaycan Karate Federasiyasının prezidentinin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd olunub ki, ənənəvi karate üslubu Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasınında rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadədir.