Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı

2 hefte evvel 11

Azərbaycan Premyer Liqasının 33-cü turuna bu gün keçiriləcək 2 oyunla start veriləcək. Günün ilk görüşündə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək.

Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşü Tural Qurbanov idarədə edəcək.

Günün böyük maraqla gözlənilən görüşündə isə “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Son 3 oyundur qalib gələ bilməyən “köhlən atlar” güclü rəqiblə görüşdə azarkeşlərini sevindirməyə çalışacaqlar. Qonaqlar isə “Qarabağ”a qarşı uğursuzluq seriyasını qırmaq niyyətindədirlər.

Meydan sahibləri bu görüşə itkisiz çıxacaqlar. Qonaqların heyətində isə Emin Mahmudov, Emil Balayev zədə səbəbindən görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” “Zirə”ni, “Araz Naxçıvan” “Sabah”ı mayın 5-də, “Səbail” isə “Qəbələ”ni mayın 6-da qəbul edəcək.

16:30  “Kəpəz”-“Sumqayıt”

Stadion: Tovuz şəhər stadionu

Baş hakim: Tural Qurbanov

19:30  “Qarabağ”-“Neftçi”

Stadion: Azərsun Arena

Baş hakim: İnqilab Məmmədov

Anar Həsənov