Azərbaycan startapı ERPGO 2 trilyon dollarlıq bazara daxil olur!

2 hefte evvel 22

100-dən çox şirkətə xidmət verən Azərbaycanın İT şirkətinin CEO-su ilə eksklüziv müsahibə: ERPGO-nun üstünlüyü nədə oldu?

Bir şirkəti idarə etmək üçün lazımlı bütün bünövrə prosesləri düşünün. Mühasibatlıq, İnsan Resursları, Təchizat və başqaları. Ən sadə dildə desək, ERP bütün bu prosesləri vahid bir sistem altında birləşdirir. Ancaq yeni ERP sistemləri sadə həllərdən başqa biznesin hər bir sahəsində analitika, ağıllı həllər və məhsuldarlıq gətirirlər. ERP sistemləri müasir texnologiyalardan istifadə məlumatını bütün şirkət ekosistemi üzrə emal edir, beləliklə də biznesdə real məlumatlara əsasən düzgün əməliyyatlar aparılır.

ERPGO

ERP sisteminiz biznesinizin ana proseslərini avtomatlaşdıra bilər və sizə prosesləri düzgün tənzimləməkdə, riskləri azaltmaqda, sürətli şəkildə hesabatlar hazırlamaqda və daha nələrdə köməklik edə bilər. Yalnız siz başqa modulları da öz biznes ehtiyaclarınıza uyğun sisteminizə qoşa bilərsiniz. Misal üçün, modul olaraq e-kommersiya, anbar və sifariş və s. modullarını əlavə edə bilərsiniz. Yaxud da istehsal, topdan satış kimi böyük həcmli proseslər üçün ERP sistemləri proseslərin idarə olunmasını təkmilləşdirə bilər.

Bəli, ERPGO şirkəti məhz bu istiqamətdə inkişaf etmiş şirkətlərdən biridir. CRM-dən e-ticarətə, mühasibat uçotundan tutmuş istehsala və digər sahələr üzrə  şirkətlərin biznes ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş funksiyalar və tənzimləmələr təklif edən bir şirkət kimi ERPGO-dan söhbət gedir. Startaplardan tutmuş böyük müəssisələrə qədər ERPGO-da hər kəs üçün müasir imkanlar var. 

ERPGO şirkətinin təklif etdiyi Odoo platforması haqqında qısa informasiya verə bilərsinizmi?

ERPGO şirkəti Odoo proqramını Azərbaycan üzrə tətbiq edən aparıcı şirkətdir. Bu platforma ERP proqramıdır hansı ki, şirkətlərin idarəetməsində lazım olan bütün funksionallıqları özündə birləşdirir və siz şirkət daxilində idarəedici struktura malik imkanlarınızı asanlıqla genişləndirə və nəzarət mexanizmi qura bilərsiniz. Odoo üçün Belçikanın ən böyük “unicorn” şirkətlərindən biri ilə əməkdaşlıq edirik və 12 milyon istifadəçisi var. Hal-hazırda dünya üzrə Azərbaycan bazarında yeganə və həmçinin Qafqazda da ən böyük rəsmi tərəfdaş biz ERPGO şirkətidir. Burada ERP fəaliyyəti üzrə ən böyük keçmişə sahib şirkətlərdən biri olaraq biz artıq 5 ildən çoxdur ki, sektordayıq, bilirik, tanıyırıq və şirkətlərə imkanlarımızı təklif edirik. Yerli bazarda çatışmayan funksionallıqlar, xüsusilə lokalizasiya olsun, Azərbaycandakı şirkətlərin biznes ehtiyaclarına  və qanunvericiliyə uyğun olaraq  “lokallaşdırmaq” məhz ERPGO tərəfindən yerli şirkətlər üçün tərtib olunur.

ERPGO

Odoo istifadəyə yararlılıq və inteqrasiya imkanları baxımından özünü digər ERP sistemlərindən necə fərqləndirir?

Şirkətimizin təklif etdiyi Odoo platformasının ən böyük üstün cəhəti, qiymət və istifadəyə rahat olmasıdır. O çox intuitivdir və belə deyək istifadəçi platformanı istifadə edəndə bir növ proqramı dərhal anlayır. Bu da mürəkkəb böyük infrastruktura sahib şirkətlərdə bütün işçiləri ERP alətinə adaptasiya etməkdə çətinlik yaradır. Biz inteqrator şirkətlər olaraq, ERP platformalarını tamamilə sadə formaya şirkətlərin tələbindən aslı olaraq gətirə bilirik. Prosesi sadəcə limitləmirik, ERP platformanızın bütün funksionallığını bilməyinizə ehtiyac olmadan siz öz şirkət proseslərinizi rahatlıqla idarə edə bilirsiz. Təklif etdiyimiz Odoo platforması açıq mənbəlidir və kodlar fərdiləşdirmə üçün açıqdır. Digər bir tərəfdən isə çox böyük icması var, hansı ki, onlar üçüncü tərəf modulları öz ERP sistemlərinizə inteqrasiya edə bilirsiniz.  

Azərbaycanlı istifadəçilər üçün vacib üstünlükləriniz nələrdir? Öz ERP proqramlarını və xidmətlərini davamlı olaraq təkmilləşdirmək üçün istifadəçilərə necə dəstək göstərirsiniz?

Azərbaycan istifadəçiləri üçün ən böyük üstün cəhətlərindən biri mən deyərdim ki, bizim bazarda maliyyə və HR tipli “lokalizasiyada” çətinlik yaradan rəsmi xidmətlərin tərəfimizdən asanlıqla ERP platformalarına inteqrasiya olunmasıdır. Azərbaycanda hər kəs proqramı alma – armud kimi düşünür. Yəni aldım istifadə elədim, dəyişdim, başqasını istifadə etdim. Lakin əslində, ERP proqramları sizin bir növ əsas şirkət idarəetmə proqramınızdır. Siz böyüdükcə, proqram da böyüyə bilməlidir. Ən böyük limitlərindən biri Azərbaycanda şirkətlər ERP sistemləri ilə bir yerdə böyüyə bilmirlər və məcbur bu da ona gətirib çıxarır ki, şirkətlər böyüdükcə öz ERP sistemlərindən uzaqlaşır. Əksər hallarda Azərbaycanda şirkətlər bu prosesi çətinliklə ötürür. Odoo əsaslı platformalar isə hər il sentyabr ayında yeni versiyaya köçürülür və bu bütün dünyada bu ERP sistemini işlədənlərdə eyni səviyyəli yeniləmə deməkdir.

Odoo vahid və hazır qurulmuş sistemi qoruyarkən xüsusi ehtiyacları ödəmək üçün modullar və yeni funksiyalar əlavə etmək imkanına sahibdirmi?

Odoo konfiqurasiya oluna bilən bir proqramdır. Yəni orda siz bir prosesi müxtəlif kombinasılarla apara bilərsiniz, amma bununla yanaşı bəzi dəyişikliklər var ki, hansı ki, o sırf lokal marketə aiddir, spesifik banka aiddir. Siz artıq burda ehtiyac hissi duyursunuz ki, öz istəklərinizi Odoo-a əlavə edəsiniz. Odoo modular sistem olduğu üçün siz öz azad bir modulunuzu yaradıb, Odoo-da istədiyiniz zaman quraşdırıb və ya onu silə bilərsiniz. ERP sistemləri müştərilərinin ən böyük belə narahatçılıqlardan biri məlumatların qorunmasıdır, hansı ki, Odoo avropa yönümlü proqram olduğu üçün şəxsi məlumatların qorunması əsasən GDPR qanunlarına əsasən əməl olunur. Belə deyə bilərik ki,Azərbaycan istifadəçiləri bu barədə daha çox rahat ola bilərlər.

Azərbaycan startapı ERPGO 2 trilyon dollarlıq bazara daxil olur! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.