"Azərbaycanda tikinti bazarında kəskin qiymət artımı gözlənilmir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Baş katibi Şahanə Sarı mətbuat konfransında deyib.
O bildirib ki, tikinti bazarında qiymətlər ilə bağlı dolğun cavab vermək üçün bu məsələ ekspertizaya yönləndirilməlidir:
"Lakin yerli istehsalın artdığını nəzərə alaraq, onu demək olar ki, tikinti bazarında, tikinti materiallarının qiymətində ciddi artım gözlənilmir".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif