Azərbaycanlı etik xaker GISEC 2024-də çıxış edib!

3 hefte evvel 22

Azərbaycanın ilk beynəlxalq etik xakerlərindən biri olan İlkin Cavadov haqqında sizə daha əvvəl məlumat vermişdik. Top Cyber News jurnalında daha əvvəl dərc olunmuş, Niderlandın mötəbər dövlət qurumu hesab olunan Kibertəhlükəsizlik Mərkəzində boşluq aşkar etmiş, ptən il 19 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən biri olan “GISEC 2023”-də çıxış etmiş həmyerlimiz bu il yenidən GISEC səhnəsinə dəvət edilib.

Belə ki, İlkin Cavadov 24 aprel 2024-cü ildə Orta asiya və yaxın şərqin ən böyük kibertəhlükəsizlik konfransında çıxış edib.
2023-ci il spiker kimi çıxış edən İlkin Cavadov bu ildə GISEC 2024-də çıxış edən yeganə Azərbaycanlı etik xaker olaraq yadda qalıb. O, alman Silahlı Qüvvələrindən “Hall of Fame VDPw” Medalı və təşəkkür məktubu almış 18 etik xakerdən biri həmçinin adı ”Şərəf”’ lövhəsinə salınan ilk Azərbaycanlıdır. Həmçinin Dünyada çox nadir olan Böyük Britaniyanın Müdafiyə Nazirliyindən Medal və Təşəkkür məktubu almış yeganə Azərbaycanlı etik xakerdir.

Ümumiyyətlə etik xakerlər əsasən şirkətlərin təhlükəsizliyini təmin etmək üçün qanunsuz xakerlərin etdikləri bütün hücumları simulyasiya edirlər. Bununla da şirkətlərdə yarana bilən istənilən zəifliklər və təhlükəsizlik problemləri əvvəlcədən müəyyənləşdirilir.

Azərbaycanlı etik xaker GISEC 2024-də çıxış edib! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.