Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb

2 hefte evvel 7

Bakıda daş sexindən 10 min manatlıq daşkəsən mişarlar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, aprelin 29-na keçən gecə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində yerləşən daş sexlərinin birindən 10 000 manat dəyərində daş kəsən mişarların oğurlanması barədə Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.