Bakıda 59 yaşlı qadını avtomobil vuraraq öldürüb

1 month ago 14

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi VAZ-2110 markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə ,baxmayaraq Xatirə Məmmədova orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Read Entire Article