Bakıda avtomobil aşıb: Xəsarət alanlar var

1 hefte evvel 6

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

1996-ci il təvəllüdlü Salman Hüseynağa oğlu Salmanov idarə etdiyi VAZ-2106 markalı avtomobili aşırıb.

Nəticədə sürücü və avtomobildə olan üç sərnişin xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin verdiyi məlumata görə, sürücü S.Salmanov və sərnişin Əli Zaur oğlu Rzayevin vəziyyəti ağır olduğundan onlar tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.