Bakıda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanıldılar

1 month ago 17

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkəni aldadaraq 22 300 manatını ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Read Entire Article