Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

2 hefte evvel 10

Bakıda ev qarət olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.