Bakıda Gamesummitdə böyük oyun çempionatı!

2 hefte evvel 13

Daha əvvəl elan edilmiş PUBG Mobile çempionatına əlavə olaraq, GameSummit komandası eyni anda bir neçə çempionat elan edir. Oyunlar xarici və yerli oyunçular arasında populyarlığına görə seçilib. Çempionatlar aşağıdakı fənlər üzrə keçiriləcək: 

  • Valorant 
  • CS2 
  • Lol
  • Dota 2 
  • Fortnite 
  • EA FC24 
  • E-futbol 
  • UFC 5 
  • Tekken 8 
Bakıda Gamesummitdə

Çempionatlara qeydiyyat həm xüsusi blanklar vasitəsilə, həm də tədbirin özündə aparılacaq. 

Yuxarıda göstərilən oyunlaran başqa, AzDimension oyun studiyası elan edilməmiş oyun üçün çempionat keçirdəcək, onun qeydiyyatı festivalın özündə baş tutacaq. Festivalda tam elanı planlaşdırılır. Diqqətinizə tizeri təqdim edirik:

GameSummit Summer 2024 artıq Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük tədbirə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir müstəqil tərtibatçılarına istedadlarını nümayiş etdirmək və peşəkarlar və oyunçularla əlaqə qurmaq üçün bir yer verir. 

Festival 2 gün – 1 və 2 iyun tarixlərində Baku Crystall Hall-da davam edəcək. 

Biletləri bu linkdən əldə etmək olar

Bakıda Gamesummitdə böyük oyun çempionatı! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.