Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi - FOTO/VİDEO

Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. “Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub. Hadisənin baş vermə səbəbi isə bilinmir.  Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.  DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar: “Məsələ ilə bağlı araşdırma aparılır”. Könül Cəfərli

Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi - FOTO/VİDEO

Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Hadisənin baş vermə səbəbi isə bilinmir. 

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar: “Məsələ ilə bağlı araşdırma aparılır”.

Könül Cəfərli