Bakıda yaşayan provaslavlar Pasxa bayramını qeyd edirlər - FOTOREPORTAJ

1 hefte evvel 139

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Pasxa bayramı qeyd edilir. 

Azərbaycandakı pravoslavlar Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Pasxa bayramını qeyd ediblər.

Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.

PhotoStock.az-ın Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsindən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az