Bakıda yoxuşu qalxan sürücülərə təhlükə yaradan “STOP” nişanı - VİDEO

1 hefte evvel 5

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülər yoxuşlu yolda “STOP” etdikdən sonra hərəkətlərinə davam edirlər. Bu da xüsusən mexaniki ötürücü nəqliyyat vasitələrinin sürücüləri üçün ciddi problem yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsindən gedir.

Sürücülər bildiriblər ki, bu cür sərt yoxuşlu yolda “STOP” nişanının qoyulması onlar üçün təhlükə yaradır.

Ərazidən istifadə edənlər deyirlər ki, bu yolda tez-tez kiçik qəzalar da olur. Səbəb sürücülərin təcrübəsizliyi yox, texniki nasaz avtomobillə həmin ərazidə qalxmağın çətin olmasıdır. 

Yol hərəkəti qaydaları üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, həmin ərazidə yol hərəkətinin təşkilində dəyişiklik etmək lazımdır. Bundan sonra hərəkət tam normallaşacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə təhlillər aparılacaq, nəticəsinə uyğun qərar veriləcək.

Ətraflı süjetdə: