Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL

2 hefte evvel 4

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İrana səfər edəcəyi gözlənilir.

Qrossinin 6-7 may tarixlərində İranın İsfahan şəhərində keçiriləcək Nüvə Elmi və Texnologiyası üzrə Beynəlxalq Konfransda iştirak edəcəyi gözlənilir.

Bununla belə, Qrossinin İran proqramı daha geniş gündəliyə söykənir, çünki Yaxın Şərqdə davam edən münaqişələrin fonunda Tehran nüvə ambisiyalarını artırır.

Üstəlik səfərə İranın İsrailə pilotsuz təyyarələr və raketlərlə hücumu, ardınca İsrailin verdiyi cavablar fonunda da şərh vermək məntiqli olardı.

Qrossi bu qeyd edilənlərin fonunda:

- İranın mövcud və yeni nüvə proqramlarını daha dərindən, hərtərəfli araşdırmaq imkanlarına əlverişli çıxışlar axtarır,

- Nüvə texnologiyasından dinc məqsədlərlə istifadəni təşviq etmək tezislərini təkrarlayır,

- İranın nüvə obyektlərini İsrailin mümkün hücumlarından qorumaq planına dəstək mexanizmlərini Tehranla müzakirə edəcək.

Bildirək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Yaxın Şərqdəki gərginlik, İran-İsrail qarşıdurmasının yaratdığı böhran qarşısında yeni çağırışla üzləşib.

Birincisi, qurum İsrailin İranın nüvə obyektlərinə qarşı hücum riskindən narahatdır. İkincisi, Agentlik İranın nüvə silahı əldə etmək təhlükəsi ilə bağlı narahat tendensiyaları izləyir.

Üçüncüsü, ümumiyyətlə potensial nüvə silahlarının partlaması ilə əlaqədar artan həyəcandır.

İranın nüvə silahı istehsal etmək riskinə gəlincə, Qrossi funksional nüvə başlığının daha çox şey tələb etdiyini düşünür (“Deutsche Well”ə verdiyi müsahibə).

O, İranın buna hazır olmadığına eyham vurur. Amma Qrossi İranın nüvə bombası istəmədiyi halda, uranı hərbi səviyyədə zənginləşdirməsindən də narahatlığını gizlətmir.

Hər halda, suallar çoxdur, amma İranı nüvə silahı əldə etməkdən çəkindirmək həll yolu kimi masadadır. Tehranı loyal orbitə çəkmək isə çətindir, amma proses nüvə danışıqları üzrə canlanma yaradacaq.

Bu mənada, Qrossinin səfəri 3-7 iyun tarixlərində Agentliyin Vyanada keçiriləcək Rəhbərlər Şurasının növbəti iclasındakı müzakirələrə həll variantları təklif edəcək.

Aqşin Kərimov