Bill Gates Microsoft şirkətini vəzifəsi olmadan idarə edir!

2 hefte evvel 16

2020-ci ilin mart ayında Microsoft şirkətinin direktorlar şurasının sədri vəzifəsini tərk edən Bill Gates hazırda şirkəti vəzifəsi olmadan idarə edirmiş. Belə ki, hazırda onun heç bir rəsmi vəzifəsinin olmadığı lakin şirkətin taleyini həll edəcək önəmli qərarları verdiyi bildirilib. Bill xüsusilə şirkətin süni intellekt sahəsindəki strateji təşəbbüslərinə ciddi təsir göstərməkdə davam edir.

Bill Gates Microsoft

Business Insider-in məlumatına görə, Bill Gates şirkətin korporativ həyatında fəal rol oynamağa davam edir, strateji məsləhətlər verir, məhsulun təhlilində iştirak edir, əsas menecerləri işə götürür. Hətta Gates OpenAI rəhbəri Sam Altman da daxil olmaqla önəmli tərəfdaşlıqları davam etdirir. Keçən il Microsoft süni intellekt texnologiyasını özünün Bing axtarış sisteminə daxil etdiyini elan etdi və sonradan onun adı Copilot olaraq dəyişdirildi. Mənbələrə görə, Bill Gates bu həllin hazırlanmasında və həyata keçirilməsində əsas rol oynayıb.

Bill Gates Microsoft

Microsoft-un hazırkı baş direktoru Satya Nadella və digər səlahiyyətli şəxslər Bill Gates-in fikirlərini qiymətləndirir və şirkətdə əsaslı dəyişikliklər edərkən onları nəzərə alır.Digər tərəfdən, Bill-in OpenAI ilə əməkdaşlığın başlanğıcından bəri mütəmadi olaraq Sam Altmandan mühüm nailiyyətlər və problemlər haqqında təqdimatlar aldığı qeyd edilib. İnsayderlər bidirir ki, Bill Gates-in Microsoft-a təsiri onun OpenAI ilə qarşılıqlı əlaqəsindən xeyli kənara çıxır. Əvvəlki açıqlamalarında Gates özü vaxtının təxminən 10%-ni Redmondda Microsoft-a məhsul strategiyası ilə bağlı məsləhət verməyə sərf etdiyini bildirmişdi.

Bill Gates Microsoft şirkətini vəzifəsi olmadan idarə edir! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.