Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlanıb - VİDEO

2 hefte evvel 8

Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıblar. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan ümumilikdə beş kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq 140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat vasitəsindən ümumilikdə dörd kiloqram tiryək, heroin, marixuana və metadon həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.