Blinken: “HƏMAS-dan atəşkəs razılaşmasına müsbət cavab gözləyirik”

2 hefte evvel 12

“Vaşinqton ümid edir ki, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin əldə olunması və girovların mübadiləsi təklifinə müsbət cavab verəcək”.

Bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

Onun sözlərinə görə, indi baş verə biləcək ən yaxşı şey atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlinməsidir ki, hazırda HƏMAS bu təklifi nəzərdən keçirir.

“Biz HƏMAS-ın cavabını gözləyirik, onların atəşkəs və girovların azad edilməsinə “hə” demələrini gözləyirik”, - deyə Blinken qeyd edib.

Mənbə: TASS