Blinken Ukraynaya ayrılmış milyardlarla dollar barədə: “Yaxşı iş yerlərinin yaranmasına imkan verəcək”

2 hefte evvel 9

“Vaşinqton tərəfindən Ukraynaya onmilyardlarla dollarlıq hərbi yardım ABŞ-yə qoyulmuş investisiya kimi qalacaq”.

Bu sözləri ABŞ-nin dövlət katibi Antoni Blinken Makkeyn İnstitutunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəsaitlər əsasən ABŞ-də yaxşı iş yerlərinin təminatı olacaq.

“İnvestisiya qoyduğumuz yeni pullar, demək olar ki, hamısı ABŞ-də qalır: bizim sənaye bazamızda, ABŞ-də yaxşı iş yerlərinin yaranmasına imkan verəcək, lakin bu yolla biz həm də Ukraynaya kömək edə bilərik”, - deyə Blinken bildirib.

Mənbə: NEWS.ru