ByteDance, TikTok-u ABŞ-a satmaq əvəzinə bazardan çəkilə bilər!

3 hefte evvel 23

ABŞ rəqəmsal platformalar üçün sərt qərarlar verməyə davam edir. Reuters bildirir ki, əgər ByteDance bütün qanuni variantları tükətsə, TikTok-u satmaqdansa bağlamağa üstünlük verəcək. Mövzunu qaçıranlar üçün, son aylarda ümumi TikTok qadağası tətbiq edə biləcək bir qanun layihəsi müzakirə edilirdi. Bu yaxınlarda ABŞ parlamentinin verdiyi təsdiqlə növbəti səviyyəyə qaldırıldı. Ötən gün səhər ABŞ Senatı TikTok-un satışı və ya qadağan edilməsini tələb edən qanun layihəsini qəbul etdi. Qanun layihəsi isə birbaşa ABŞ prezidenti Co Baydenə göndərildi.

Prezident Bayden daha əvvəl bunu təsdiqləyəcəyini açıq şəkildə bildirmişdi və belə də oldu. Bu addımla platforma dərhal bloklanmır, əvəzində Çinlə əlaqəli ana şirkət ByteDance-ə TikTok-u satmaq üçün vaxt verilir. Bu müddət ərzində heç bir satış addımı atılmazsa, platforma ABŞ-da daimi olaraq qadağan olunacaq və daha əvvəl bu vəziyyətə qarşı bütün mümkün qanuni hüquqlardan istifadə edəcəyini bildirmişdi. İndi çox real bir şəkildə qadağa ilə üzləşən platforma ən böyük bazarı itirmək üzrədir.

Şirkət, platformanın bağlanmasının qarşısını almaq üçün insanlardan kömək istəməsi ilə bağlı bildiriş göndərdi. İnsanlara göndərilən bildirişdə deyilirdi:

“Konqres TikTok-u tamamilə qadağan etməyi planlaşdırır. 170 milyon amerikalı ifadə azadlığından məhrum edilməzdən əvvəl səsini çıxarsın. Qoy, Konqres TikTok-un sizin üçün nə demək olduğunu bilsin və onlara “YOX” səs vermələrini söyləyin.”

ByteDance, TikTok-u ABŞ-a satmaq əvəzinə bazardan çəkilə bilər! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.