"Çalışırıq ki, yığmaya yeni dəvət alan oyunçulara öz köməyimizi göstərək".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
"Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Rəqibin oyunlarını izləmişik. Heyətlərində kifayət qədər yüksəksəviyyəli futbolçular var. İnanıram ki, Haiti millisinə qalib gələ biləcəyik. Kollektivdə ab-hava yüksək səviyyədədir. Yığmaya yeni cəlb olunan futbolçular da böyük həvəslə məşqlərdə iştirak edirlər".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti görüşü saat 21:45-də başlayacaq.
Daha çox foto burada: Photostock.Az
Anar Həsənov