Cəbrayılda minalar aşkarlanıb - FOTO/VİDEO

1 ay evvel 15

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib.

Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, üç avtomat, bir pulemyot, bir qumbaraatan və digər sursat aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.