Dağların, qayaların arasından Kəlbəcərə uzanan yol

1 month ago 11

Əsaslı şəkildə yenidən qurulan Kəlbəcər rayonunda görülən kompleks işlərin başında yol infrastrukturu dayanır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) burada hazırda genişmiqyaslı işlər həyata keçirir.

Asfalt örtüyünün eni 7 metrdən 9 metrə, yol yatağının eni isə 15 metrə qədər genişləndirilir. Kəlbəcərdə bu işlərə 1 il 4 aydır başlanılıb.

İşi ləngidən və çətinləşdirən əsas məqam isə yol yatağına düşən qayaları dağıtmaqdır. Tikilməkdə olan yolun uzunluğu 38 kilometrdir. Bu yolda 6 körpü, 82 suötürücü boru və 3 avtobus dayanacağı nəzərdə tutulub. Yol Ağdərənin Heyvalı kəndindən Kəlbəcərə - Vəng dairəsinə qədər məsafəni əhatə edir.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: Photostock.Az

Read Entire Article