Elektrikli avtomobillərin bazar payı düşməyə davam edir!

2 hefte evvel 8

Son dövrlərdə bütün dünyadakı avtomobil bazarlarında liderliyi əlinə alan elektrikli avtomobillərin bazar payı indi düşməyə davam edir. Belə ki, Hazırda Volkswagen Qrupunun satışlarının 98 faizindən çoxu ənənəvi daxili yanma mühərrikli avtomobillərdir. Bundan əlavə, daxili yanma mühərrikli avtomobillərin payı 4% artıb.

Elektrikli avtomobillərin bazar payı

Avtomobil bazarındakı liderliyi əlinə alan Volkswagen Qrupu 2024-cü ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib. İlin birinci rübündə satışlar əvvəlki ildəki 76.2 milyard avro ilə müqayisədə azalaraq 75.5 milyard avro təşkil edib. Şirkətin əməliyyat mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20% və ya 5.7 milyard avro azalaraq 4.6 milyard avro təşkil edib. Volkswagen bölməsi 2024-cü ilin birinci rübündə əvvəlki ildəki müsbət 2,2 milyard avro ilə müqayisədə 3 milyard avro xalis mənfi pul axını qeydə alıb.

Satış tərəfində isə Volkswagen Qrupunun qlobal satışları əvvəlki ilə nisbətən 2% azalaraq 2,1 milyon avtomobili keçib. Asiya-Sakit okean və Cənubi Amerika müvafiq olaraq 2% və 19% böyüyərkən, Avropa və Şimali Amerika bazarları müvafiq olaraq 5% və 10% azalıb. Minik avtomobillərinin satışı 2024-cü ilin birinci rübündə 3,4% artaraq 2 milyon ədədi keçib. Onların arasında ənənəvi daxili yanma mühərrikli avtomobillərin satışı bu ilin birinci rübündə illik 4% artaraq 1,97 milyon ədədə çatıb. Elektrikli avtomobillərin satışı isə təxminən 4% azalaraq 136.400 ədəd olub.

Qeyd edək ki, Volkswagen Qrupu bu ilin ilk rübündə Çin bazarında illik 7,7% artımla 693 min avtomobil satıb, elektrik avtomobil satışları isə illik 91,2% artaraq 41 min ədəd olub. Avropada Volkswagen bu ilin birinci rübündə illik müqayisədə 0,3% azalaraq 906,7 min avtomobil satıb. Onların arasında elektrikli avtomobil satışları illik müqayisədə 2% azalaraq 74,4 min ədəd olub. Beləliklə, rahatlıqla görmək olur ki, elektrikli avtomobillərin bazar payı Çindən savayı digər regionlarda düşməyə davam edir.

Elektrikli avtomobillərin bazar payı düşməyə davam edir! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.