Energizer uşaqların batareya udmasının qarşısını alan texnologiya təqdim edib!

2 hefte evvel 8

Energizer şirkəti uşaqlar üçün böyük təhlükə yaradan batareya udulması hallarının qarşısını ala bilən yeni batareya təqdim edib. Belə ki, təqdim edilən bu batareya ağıza qoyulduqda mavi boya buraxaraq valideynlərə xəbərdarlıq edir. Bildiyimiz kimi, azyaşlı uşaqlar tapdıqları hər şeyi ağızlarına qoya bilərlər. Məhz batareyalar da bunlardan sadəcə biridir. Hər il minlərlə valideyn batareya udmuş ​​övladları üçün xəstəxanaya müraciət edir. Təsəvvür etdiyiniz kimi, belə hallar çox təhlükəli nəticələrə səbəb ola bilər və ölümlə nəticələnə bilər.

Energizer batareya

Batareya şirkəti Energizer tərəfindən hazırlanmış yeni texnologiya, xüsusilə kiçik ölçülü batareyaları udan uşaqlara daha çox diqqət yetirir. Şirkətin yeni məhsulu bütün dünyada uşaq təhlükəsizliyi sahəsində irəliyə doğru böyük bir addım ola bilər. Energizer-in yeni litium batareyaları, uşaqların onları udması halında valideynləri xəbərdar etmək üçün nəzərdə tutulub. Zəhərli olmayan acı dad verən örtüklə təchiz edilmiş batareya bunu “rəng xəbərdarlığı texnologiyası” adlı sistemlə edir.

Bu texnologiya, batareya tüpürcək və ya ağız suyu ilə təmas etdikdə bir neçə saniyə ərzində mavi boya buraxır. Uşaqlar toksik olmayan örtüyün acı dadını dadarkən, bu mavi rəng ağızlarında aydın görünür. Bu yolla valideynlər uşaqların ağzına batareya saldığını anlayıb dərhal müdaxilə edə bilərlər. nergizer-ə görə, batareyalar ətirli idman içkisində olanlardan daha aşağı səviyyədə qida boyası ehtiva edir. Heç bir zərəri olmayan bu boya dişlərinizi fırçaladıqdan sonra ağızdan yox olur. Energizer, batareyalarda 3 fərqli qoruma sistemi təqdim etdiyini dünyada bunu edən ilk marka olduğunu da bildirib.

Energizer uşaqların batareya udmasının qarşısını alan texnologiya təqdim edib! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.