“Google Play Store” eyni anda iki fərqli proqram yükləmək mümkündür!

2 hefte evvel 12

Beləliklə, Android dünyasının tam mərkəzində yer alan Google Play Store tətbiq mağazası istifadəçilərə uzun müddətdir gözlənilən yeniliyi elan edib. Artıq məşhur Google Play Store tətbiq mağazasından eyni anda 2 fərqli proqram yükləmək mümkündür. Ümumiyyətlə bu yeniliyin hələ 2024-cü ildə təqdim edilməsi olduqca təəccüblüdür. Bir çox proqramları eyni anda işlətməyə icazə verən smartfonlara hələ indiyə qədər eyni anda sadəcə 1 proqram yükləmək mümkün idi.

Play Store 2 proqram

Yeni xüsusiyyət, xüsusilə yeni smartfona keçid zamanı istifadəçilərə vaxta qənaət etməyə imkan verəcək və seçilmiş proqramları əvvəlkindən daha tez quraşdırmağa icazə verəcək. Maraqlısı budur ki, Google yenilənmələr barədə məlumat verməyib. Yəni istifadəçilər artıq Google Play Store tətbiq mağazasından eyni anda 2 fərqli proqram yükləyə bilsə də, onlar eyni anda bunu edə bilməyə bilər. Lakin analitiklər tezliklə bu yeniliyin də əlçatan olacağını bildirir.

Bundan əvvəl Google xüsusi olaraq Play Store-dan olmayan proqramlar üçün bir addım atmışdı. Android-də çoxlu sayda və müxtəlif versiyada zərərli proqramların olması hər kəsə məlumdur. Onların bəziləri telefonlardan məlumat oğurlayır, bəziləri bu məlumatları şantaj məqsədi ilə toplayır və bəziləri də gizli şəkildə müəyyən abunəliklər üçün istifadəçiləri qeydiyyatdan keçirir. Google şirkəti də insanların şəxsi məlumatlarını eləcə də pul vəsaitlərini oğurlamağa yönəlmiş bu zərərli proqramlara qarşı bir təhlükəsizlik xüsusiyyəti elan etmişdi. Bu sistem mobil proqramların telefona quraşdırılmamışdan əvvəl Play Store-dan və ya digər yerlərdə zərərli olanların skan edilməsinə imkan verirdi.

“Google Play Store” eyni anda iki fərqli proqram yükləmək mümkündür! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.