GTA 6 oyunu barədə yeni detallar ortaya çıxıb!

2 hefte evvel 10

Oyun dünyasının ən maraqla gözlənilən oyunu hesab olunan GTA 6 ilə bağlı yeni detallar ortaya çıxıb. Belə ki, reddit platformasında yeni oyunun test vizual görüntüləri paylaşılıb. Maraqlısı budur ki, bu görüntülər oyunda “Vice City” xəritəsinin olacağını bir daha təsdiqləyib. Daha əvvəl GTA 6 oyununda bir neçə xəritənin olacağını və oyun həvəskarların “köhnə günləri yad edə biləcəyi” bildirilmişdi. Əslində GTA 6 ilə bağlı ortaya çıxan tək məlumat bu deyil. Yeni oyunun qiyməti və yaddaş həcmi də ortaya çıxarılıb.

GTA 6 detallar

Ümumiyyətlə, Rockstar Games şirkətinin GTA 6 oyununun gizliliyinə ayırdığı diqqət həqiqətən də cəlbedicidir. Oyun nəhəngi işçilərini gecə-gündüz ofisdə saxlayır. Bununla belə, yeni oyun barədə sızmalar hələ də baş verir. Hələlik oyunun təqdimat tarixi dəqiq olaraq açıqlanmayıb. Bununla belə, internetdə oyunun qiyməti aşkar edilib. Rəsmi açıqlama edilməsə də, oyunun 69.99 avro qiymət etiketi ilə satışa çıxarılacağı iddia edilib. Əslində bu qiymət son dövrlərdə çıxan AAA oyunları üçün normal hesab oluna bilər. Bununla belə, iddia edilən qiymət bir çox oyun həvəskarı üçün olduqca böyük məbləğdir.

2025-ci ildə əvvəlcə oyun konsollarına gəlməsi gözlənilən GTA 6 barədə ortaya çıxan detallar bununla da bitməyib. Belə ki, yeni oyunun yaddaş həcmi də ortaya çıxarılıb. Reddit istifadəçiləri yeni oyunun nə az, nə çox 220GB həcmə sahib olacağını iddia edib. Bu yaddaş həcmi isə daha əvvəl bir Call Of Duty-nin Cold War oyununda və digər bir çox AAA oyunlarda mövcud olub. Hələlik GTA 6 ilə bağlı bu detallar ortaya çıxsa da, Rockstar Games şirkətinin 16 May-da həyata keçirəcəyi tədbirdə oyun barədə daha çox məlumat verəcəyi gözlənilir.

GTA 6 oyunu barədə yeni detallar ortaya çıxıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.