Gürcüstan parlamenti ABŞ-dəki FARA (Foreign Agents Registration Act - Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun dəqiq surəti olan xarici agentlər haqqında qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, qanunun lehinə 86 deputat səs verib, əleyhinə səs verən olmayıb.