HDXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon: HONOR Magic6 Pro Azərbaycanda satışda!

3 hefte evvel 20

Fevral ayında MWC 2024 sərgisi çərçivəsində qlobal bazarda təqdim edilmiş və həmin tədbirdə bir çox mükafarlar qazanmış flaqman Magic6 Pro artıq ölkəmizdə satışdadır. Beləliklə, yeni HONOR Magic6 Pro flaqman smartfonu rəsmi olaraq Azərbaycanda satışa çıxarılıb. Qeyd edək ki, yeni bu smartfon məhz smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Honor yeni flaqman modelini 2 rəngdə qara və yaşıl olmaqla təklif edir. Eko dəri ilsə örtülmüş yaşıl rəngdən fərqli olaraq isə Qara rəngdə telefon daha eleqant görünür və çirklənməyə qarşı daha az həssasdır.

HONOR Magic6 Pro Azərbaycanda

Smartfonun displeyində barmaq izi skaneri quraşdırılıb ki, bu da onun təhlükəsizliyini digər modellərdən daha üstün edir. Eləcə də, yeni Honor Magic6 Pro modeli yüksək səsli stereo dinamiklər, infraqırmızı port və iki fiziki SİM üçün yuvaya da sahibdir. Magic6 Pro IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü HONOR NanoCrystal Shield şüşəsi ilə qorunur. Smartfonun ekranı 1-120 Hz arasında dəyişən yenilənmə dərəcəsinə və inanılmaz səviyyədə yüksək parlaqlığa malikdir. Bundan əlavə, Honor gözü həssas olan istifadəçiləri də unutmayıb. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Smartfona əlavə edilən , “Always On Display displey” rejimi də istifadəçilərə daha üstün istifadəçi təcrübəsi təklif edir.

HONOR Magic6 Pro Azərbaycanda

Performans

Azərbaycanda satışa çıxarılan yeni HONOR Magic6 Pro modeli, öz gücünü flaqman Snapdragon 8 Gen 3 çipsetindən alır. Güclü qrafika və süni intellekt mühərriklərinə sahib olan bu çipset sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə smartfona 12 GB sürətli RAM və 512 GB daxili yaddaş əlavə edilib. HONOR Magic6 Pro ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib. Həmçinin həcmi 5600 mAs olan bu batareya ilə istifadəçilər 3 gün şarj etmədən smartfondan istifadə etmək imkanına sahib olacaaqlar. Təbii ki, şarj müddəti smartfonun istifadəsindən asılı olaraq azala bilər.

HONOR Magic6 Pro Azərbaycanda

Kamera

Cihazın ən çox diqqət çəkən texniki parametrlərindən biri də onun kamerasıdır. DxOMark mənbəsinə görə HONOR Magic 6 Pro 2024-cü ildə dünyada 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon olub. Ümumiyyətlə, HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. Smartfon 1/1,49 düymlük və f/2,6 diaframa malik 180 MP telefoto kamera, 122 dərəcə bucaq 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameraf/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz edilib. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir. Kamera sensorları sayəsində smartfon 2.5x optik böyütmə edə bilir ki, bununla da heç bir görüntü keyfiyyəti aşağı düşmür.

HONOR Magic6 Pro Azərbaycanda

HONOR Magic6 Pro Azərbaycanda satış qiymətləri

İlk öncə qeyd edək ki, smatfon Azərbaycada iki rəngdə: şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı olmaqla təklif olunur. Bundan əlavə müştərilərə yalnız bir yaddaş seçimi 12-512GB təklif olunur. Bu gün satışa çıxarılan smartfonu əldə edənlər həmçinin HONOR Watch 4 ağıllı saatını və HONOR-dan smartfon keysini HƏDİYYƏ əldə edə bilərlər. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkündür.

HDXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon: HONOR Magic6 Pro Azərbaycanda satışda! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.