Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

2 hefte evvel 21

İtaliya B Seriyasının 36-cı turu matçında səfərdə “Bari” ilə (1:1) xalları bölüşən “Parma” növbəti mövsüm A seriyasında iştirakını vaxtından əvvəl təmin edib.

Artıq klubun turnir cədvəlində ikincidən aşağı olmayan pillədə qərarlaşacağı qətiləşib.

Hazırda klub 74 xalla divizionda birinci yerdədir. Komandanı sona iki tur qalmış üçüncü yerdən yeddi xal ayırır. Mövsümün sonunda iki ən yaxşı komanda avtomatik olaraq A Seriyasına yüksəlir.

Qeyd edək ki, “Parma” 2020/2021 mövsümündən sonra ilk dəfə A Seriyasında çıxış edəcək. Onun heyətində vaxtilə Buffon, Krespo, Zola və Kannavaro kimi ulduzlar yer alıb.

Mənbə: championat.com