İngiltərə Premyer Liqası: “Arsenal” liderliyini qorudu - VİDEO

2 hefte evvel 8

Bu gün İngiltərə Premyer Liqasında 36-cıl tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə  “Arsenal” “Bornmut”u qəbul edib.  Meydan sahiblərinin üstünlüyü ilə başlayan görüşdə sükut ilk hissənin sonlarında pozulub. Bukayo Saka 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib - 1:0.

Fasilədən sonra hücumların kəsərini daha da artıran “topçular” fərqi 2-yə yüksəldiblər. Leandro Trossard 70-ci dəqiqədə Deklan Raysın ötürməsini qolla tammamlayıb - 2:0.

Qalan vaxtda da üstünülüyü əldən verməyən meydan sahibləri rəqibi yenidən cəzalandırıblar. Deklan Rays əsas vaxta əlavə olunmuş 7-ci dəqiqədə görüşdə son nöqtəni qoyub - 3:0. 

Qeyd edək ki, 3:0 hesabı ilə qalib gələn “Arsenal” 83 xalla liderliyini qoruyub. “Bornmut” 48 xalla 10-cudur.

Anar Həsənov