İngiltərədə “12345” şifrəsindən istifadə etmək qadağan edilib!

2 hefte evvel 9

Bildiyimiz kimi, internetdə milyonlarla insanın məlumatları yer alır. İstifadəçilər öz şəxsi məlumatlarını bir çox növ şifrələrdən istifadə edərək qorumağa çalışır. Bəzən isə bu şifrələri təxmin etmək heç də çətin olmur. Belə ki, nə qədər xəbərdarlıqlar və tövsiyələr edilsə də, hələdə “12345″ və ya “admin” kimi şifrələr istifadəçilər tərəfindən tez-tez istifadə olunur. İngiltərədə yeni qanunlar çərçivəsində “12345” kimi zəif parolladan istifadə etmək artıq qadağan edilib.

12345 istifadə qadağan

Beləliklə, “admin”, “12345”, “1q2w3e4r”, “asdasd” kimi zəif parollardan istifadə etmək Böyük Britaniyada bütün smart cihazların minimum təhlükəsizlik standartlarına cavab verməli olduğunu bildirən yeni qanunlara əsasən qadağan ediləcək. Artıq texnologiya nəhəngləri cihazlarındakı bu zəif şifrələri dəyişdirməlidirlər. Elm, İnnovasiya və Texnologiya Nazirliyi istehlakçıları hakerlik və kiberhücumlardan qorumaq üçün alınan yeni tədbirlərin bazar ertəsi qüvvəyə minəcəyini bildirib. Smartfonlar, planşetlər, televizorlar, ağıllı ev sistemləri və digər cihazların istehsalçılarından artıq qanuni olaraq internetə qoşulan cihazları kibercinayətkarlardan qorumaq tələb olunur.

Artıq texnologiya nəhəngləri cihazlarını daaha güclü parollar ilə qoruyacaq. Bundan əlavə, texnologiya nəhəngləri təhlükəsizlik yeniləmələrinin tarixi ilə bağlı şəffaf olmalıdır. Elm və Texnologiya Naziri Jonathan Berry-nin açıqlamasına görə, istehlakçıların şəxsi məxfiliyinin, məlumatlarının və pullarının təhlükəsiz olmasını təmin edəcək qanunlar dünyada bir ilkdir. Onun sözlərinə görə bu qanunlar İngiltərəni ən təhlükəsiz internet mühitini təqdim edən ölkəyə çevirmək yolunda mühüm addımdır.

İngiltərədə “12345” şifrəsindən istifadə etmək qadağan edilib! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.