İnsan duyğularını səs yolu ilə tanıyan süni intellekt hazırlanıb!

2 hefte evvel 11

Süni intellekt modeli, kömək xəttinə zəng edən insanların səslərindəki qorxu nə narahatlıq kimi hissləri səs yolu ilə aşkar edə bilir. Layihənin müəllifi, süni intellekt modelindən intiharların qarşısını almaq üçün istifadə olunan telefon xətlərində istifadəsinin faydalı olacağını bildirib. Ümumiyyətlə, hazırda böhran xətti adlandırılan telefon xətlərinə edilən zənglər zamanı insanların duyğularını başa düşmək olduqca çətindir.

səs yolu süni intellekt

İnsan duyğuları səs yolu ilə süni intellekt tərəfindən aşkarlanacaq. Belə ki, süni intellekt insanların danışığından onların kədərli, qəzəbli və ya qorxu içində olduğunu başa düşəcək. Əslində intihar söhbətləri ilə bağlı araşdırmalar 30 ildən çoxdur ki başlayıb. Artıq depressiya da daxil olmaqla müxtəlif psixi vəziyyətləri və pozğunluqları diaqnoz etmək üçün süni intellekt istifadə ediləcək. İnsanların yalnız telefon zəngi ilə intihar riskini qiymətləndirməsi olduqca çətin ola bilər.

Bu problemin həlli isə Concordia Universitetindən olan bir tələbə tərəfindən ortaya çıxarılıb. Alaa Nfissi adlanan bu tələbə insan duyğularını aşkar edə bilməsi üçün süni intellekt hazırlayıb. Təbii ki, bu cür qiymətləndirmələr psixoloqlar tərəfindən aparılır və bu proses səbr və təcrübə tələb edir. Lakin indi psixoloqların təcrübəsinə və səbrinə ehtiyac duymadan sadəcə süni intellekt ilə bu emosiyaları öyrənmək olar. Süni intellekt modelini öyrətmək üçün layihənin müəllifi, intiharların qarşısını almaq üçün telefon xətlərinə edilən zənglərdən istifadə edib. Alaa Nfіѕі hesab edir ki, onun işləyib hazırladığı bu süni intellekt modeli məhz bu cür problemlərin ortaya çıxdığı yerlərdə istifadə oluna bilər.

İnsan duyğularını səs yolu ilə tanıyan süni intellekt hazırlanıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.