iPhone 16 seriyasının maketləri, yeni ölçüləri ortaya çıxarıb!

2 hefte evvel 13

Bildiyimiz kimi, iPhone 16 seriyasının dizaynı və ekran ölçüləri ilə bağlı təfərrüatlar daha əvvəl ortaya çıxmışdı. Yeni ortaya çıxan maket görüntüləri ilə isə, iPhone 16 seriyasının bütün modellərinin ölçüləri açıq-aşkar məlum olub. Ümumiyyətlə, Apple şirkətinin yeni flaqman cihazında bəzi dəyişikliklər edəcəyi artıq demək olar ki, təsdiqlənib. Hələllik isə bu dəyişikliklərin tam olaraq nə olacağı məlum deyil.

iPhone 16 yeni ölçüləri

Sonny Dickson hesabının X platformasında sızdırdığı şəkildə iPhone 16 Pro və Pro Max-ın böyüyən ölçüləri diqqəti çəkir. iPhone 15 Pro və Pro Max-da olan 6,1 düym və 6,7 düymlük ekranlar iPhone 16 Pro seriyasında müvafiq olaraq 6,3 və 6,9 düymədək artacaq. Seriyanın digər modelləri isə əvvəlki seriyalarda olan ekranlara sahib olacaq. Sızdırlan şəkildə iPhone 16 və 16 Plus-ın dəyişən kamera sırası da göstərilir. Belə ki, yeni məlumata görə kameralar diaqonal olaraq düzülmək əvəzinə bir-birinin altında yerləşdiriləcək. Pro seriyasının kamera dizaynı isə əvvəlki modellə eyni qalacaq.

Bildirilir ki, bu dəyişiklik Apple Vision Pro-da 3D formatında göstərilən məkan videoyazısını təmin etmək üçün edilib. Bu dəyişikliklərə əlavə olaraq, iPhone 16 və 16 Plus modellərində iPhone 15 Pro modelində gördüyümüz Action düyməsi də yer alacaq. Həmçinin smartfonlarda kamera idarəetməsi üçün Capture düyməsi də mövcud olacaq. Qeyd edək ki, digər iPhone modelləri kimi iPhone 16 seriyasının da sentyabr ayında satışa çıxarılması gözlənilir.

iPhone 16 seriyasının maketləri, yeni ölçüləri ortaya çıxarıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.