İqtisadiyyat Nazirliyində “4SİM Talks” adlı tədbir keçirilib!

2 hefte evvel 16

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının dördüncü sənaye inqilabı texnologiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədilə “4SİM Talks” adlı tədbir keçirilib.

4SİM Talks

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM ) tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının dördüncü sənaye inqilabı texnologiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması məqsədilə “4SİM Talks” adlı tədbir keçirilib.

4SİM Talks

 Tədbirdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt nədir və dövlət sektorunda süni intellektin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Müasir informasiya kommunikasiya texnologiyalarından istifadənin praktiki əhəmiyyəti barədə danışıb. Türkiyənin “Alegori Studio” şirkətinin kreativ direktoru, yeni nəsil rəssam Serdar Korkmaz rəqəmsal incəsənətlə bağlı məlumat verib, ticarət və logistikaya dair datalardan hazırladığı əsəri nümayiş etdirib. Fotolar və şəxsi hekayələr əsasında keçmişin canlandırılması üzrə ixtisaslaşmış “Domestic Data Streamers” şirkətinin əməliyyatlar üzrə Baş direktoru Martina Nadal “Synthetic memory” (süni yaddaş), “Aİnuverse” şirkətinin icraçı direktoru Orxan Həsənli isə “Üz tanıma sistemləri və onların uğurlu tətbiqləri” ilə bağlı təcrübələrini bölüşüblər.

 Sonda yerli və beynəlxalq ekspertlər tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıblar.

İqtisadiyyat Nazirliyində “4SİM Talks” adlı tədbir keçirilib! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.