Lyuis Həmilton "Ferrari"dəki ilk liderliyini Çin Qran-prisində qazandı

1 month ago 14

"Formula-1" üzrə dünya çempionatının Çin Qran-prisində sprintin təsnifatı baş tutub. İlin ilk sprintli yarışı olan Çin Qran-prisində "Ferrari" pilotları yaxşı təsir bağışlayıblar.

Oxu.Az xəbər verir ki, ötən həftə Avstraliyadakı fiaskodan sonra Lyuis Həmilton ən yaxşı nəticə göstərib. O, ikinci yeri tutan Maks Ferstappeni 0.018 saniyə qabaqlayıb. 3-cü yerdə "Maklaren"in pilotu Oskar Piastri qərarlaşıb. Avstraliyalı Həmiltondan 0.080 saniyə geri qalıb.

4-cü yer "Ferrari"nin digər üzvü Şarl Leklerə qismət olub.

Qeyd edək ki, sprint yarışı sabah Bakı vaxtı ilə səhər 8:00-da start götürəcək.

Sprint mərhələsinin tam nəticəsi belədir:

1. Lyuis Həmilton ("Ferrari") - 1:30.849.

2. Maks Ferstappen ("Red Bull") +0.018.

3. Oskar Piastri ("McLaren") +0.080.

4. Şarl Lekler ("Ferrari") +0.208.

5. Corc Rassel ("Mersedes") +0.320.

6. Lando Norris ("McLaren") +0.544.

7. Andrea Kimi Antonelli ("Mersedes") +0.889.

8. Yuki Tsunoda ("Racing Bulls") +0.924.

9. Aleksander Albon ("Uillyams") +1.003.

10. Lens Stroll ("Aston Martin") +1.133.

Read Entire Article