MAN brendi hidrogen yanacaqların səmərəsizliyini nümayiş etdirmək üçün 200 hidrogen yük maşını istehsal edəcək!

2 hefte evvel 20

Volkswagen AG-nin bir hissəsi olan və ən böyük yük maşını istehsalçılarından biri hesab olunan MAN brendi indi hidrogenlə işləyən 200 yük maşını istehsal etməyi planlaşdırdığını açıqlayıb. Maraqlısı budur ki, MAN hidrogen yanacağı ilə işləyəcən nəqliyyat vasitələrinə son dərəcə şübhə ilə yanaşır. Məhz 200 hidrogen əsaslı yük maşını istehsal etməkdə də məqsəd bu yanacağın səmərəsizliyini hər kəsə nümayiş etdirməkdir.

MAN hidrogenlə yük maşını

MAN-ın baş direktoru Alexander Vlaskampın sözlərinə görə, onlar müəyyən sayda müştərilər üçün hidrogenlə işləyən 200 yük maşını istehsal etməyi planlaşdırırlar. Buradakı əsas məqsəd isə sadəcə belə yanacaqlardan istifadə edən avtomobillərin və ya digər nəqliyyat vasitələrinin səmərəsizliyini sübut etməkdir. MAN müasir dünyada hidrogen yanacağının əlverişli olmadığına inanır. Belə ki, Alexander Vlaskamp daha əvvəl də, “Hidrogen yük maşınları batareyalı elektrik modelləri ilə effektiv rəqabət apara bilməz” demişdi.

Vlaskamp-ın bildirir ki, “Xüsusilə hidrogenin dəyəri kifayət qədər yüksəkdir, hələ biz elektroliz yolu ilə bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsal olunan yaşıl hidrogendən danışmırıq”. nun sözlərinə görə, yaşıl hidrogenə ilk növbədə ağır sənayedə – polad, sement və ya plastmas istehsalında ehtiyac duyulacq. Vlaskampın ilkin hesablamalarına görə, hidrogen yük maşınları 2035-ci ildə bazara çıxa bilər.Bununla belə, bunun üçün münasib qiymətə kifayət qədər miqdarda yaşıl hidrogenin olması və bu cür avtomobillərə yanacaq doldurmaq üçün lazımi infrastruktur lazımdır.

MAN brendi hidrogen yanacaqların səmərəsizliyini nümayiş etdirmək üçün 200 hidrogen yük maşını istehsal edəcək! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.