Masaüstü və mobil cihazlarda ən populyar internet brauzerləri açıqlanıb!

2 hefte evvel 9

2024-cü ilin aprelinə qədər masaüstü və mobil cihazlarda ən populyar internet brauzerləri açıqlanıb. Statcounter-in son hesabatına görə, Google Chrome həm masaüstü, həm də mobil cihazlarda ən populyar internet brauzerinə çevrilib.

ən populyar internet brauzerləri

Beləliklə, Statcounter internet brauzerləri haqqında aprel 2024-cü il hesabatını dərc edib. Hesabata görə, Microsoft Edge istifadəçilərinin sayını yavaş-yavaş artırır, lakin bazar payına görə hələ də Google Chrome-dan bir neçə “işıq ili” geri qalır. Masaüstü cihazlarda ən çox istifadə olunan internet brauzerləri aşağıdakılardır:

  • Google Chrome (65,93%)
  • Microsoft Edge (12,81%)
  • Safari (8,45%)
  • Firefox (6,67%)
  • Opera (3,09%)

Dünyanın ən populyar brauzerlər siyahısında lider hazırda 65,93% bazar payına malik olan Google Chrome-dur. 2024-cü ilin aprel ayında bazar payında cüzi artım var. Google, Chrome-un ARM64 versiyasını Windows-da dərc etməklə ARM prosessorlu yeni nəsil Windows 11 kompüteri almağı düşünənlərin marağını və diqqətini cəlb edib. Chrome-dan sonra Microsoft-un brauzeri gəlir. Microsoft Edge hazırda 12,81% bazar payına malikdir. Xatırladaq ki, Edge 2024-cü ilin yanvar ayında 12,96% ilə indiyə qədərki yüksək bazar payına çatmışdı. Mobil cihazlarda ən populyar internet brauzerləri isə aşağıdakı kimidir:

  • Google Chrome (65,67%)
  • Safari (23,77%)
  • Samsung İnternet (4,33%)
  • Opera (2,17%)
  • UC Brauzeri (1,43%)

Nəticə etibarı ilə, Google Chrome smartfon və planşetlərdə ən çox istifadə edilən internet brauzeridir. Sonra Safari, Samsung İnternet, Opera və UC Brauzer gəlir. Microsoft Edge-in mobil versiyası istifadəçilər tərəfindən demək olar ki, istifadə edilmiir. Belə ki, onun bazar payı sadəcə 0,39%-dir və 9-cu yerdədir.

Masaüstü və mobil cihazlarda ən populyar internet brauzerləri açıqlanıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.