Mikayıl Cabbarov daşınmaz əmlakın icarəsindən dövlət büdcəsinə daxilolmaların həcmini açıqlayıb - FOTO

7 ay evvel 85

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakların icarəyə verilməsindən dövlət büdcəsinə 24,4 milyon manat vəsait daxil olub”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur”, - deyə o qeyd edib.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən #dövlətbüdcəsi-nə 24,4 milyon ₼ daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.@emlakxidmeti#EconomyAz pic.twitter.com/cSxsEP62Lp

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 18, 2023